33 yaşlı vinger hazırda karyerasını davam etdirən və ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində fərqlənən 6 oyunçudan biri olub.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun "Kopenhagen"lə oyununda qol vuran "Qarabağ"ın futbolçusu Abdullah Zubir avrokuboklarda unikal göstəriciyə imza atıb.
Matc.az xəbər verir ki, 33 yaşlı vinger hazırda karyerasını davam etdirən və ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində fərqlənən 6 oyunçudan biri olub.
Digər futbolçular Kilian Mbappe ("Real", İspaniya), Harri Keyn ("Bayern", Almaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Lautaro Martines ("İnter", İtaliya) və Antuan Qrizmanndır ("Atletiko", İspaniya).
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ"ın formasını geyinir.