02 Oktyabr 2025, 10:56
ÇEMPİONLAR LİQASI
"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərrhələsinin II turu çərçivəsində Bakıda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Danimarka təmsilçisi üzərindəki qələbə Azərbaycanın UEFA reytinqinə təsir edib.
2:0 hesablı qələbə ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Hazırda Azərbaycan 22,000 xalla reytinqdə 25-ci pillədədir. 24-cü yerdə olan Serbiyanın 22,375 əmsal var.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (97,117) başçılıq edir.