UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun oyunları keçirilib.

Matc.az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən olan "Atletik" səfərdə "Borussiya"nın qonağı olub. Qarşılaşma Dortmund təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Borussiya" 2 turdan sonra 4 xal toplayıb. "Atletik" isə hər iki oyunda da uduzub.

Qeyd edək ki, "Qarabağ"ın "Atleetik"lə oyunu oktyabrrın 22-də İspaniyada baş tutacaq.

"Borussiya" - "Atletik" 4:1
Qollar:
Daniel Svensson, 26, Karni Çukvuemeka, 50, Seru Qirassi, 82, Yulian Brandt, 90+1 - Qorka Quruzeta, 61

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest