UEFA Çempionlar Liqası Liqa mərhələsində II turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

"Barselona" doğma meydanda PSJ-yə uduzub. "Borussiya" isə evdə növbəti turda "Qarabağ" ilə qarşılaşacaq "Atletik" üzərində 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları 21-22 oktyabr tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
1 oktyabr

"Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) - 2:0
Qollar: 
Abdullah Zubir, 28, Emmanuel Addai, 84

"Union" (Belçika) – "Nyukasl" (İngiltərə) - 0:4
Qollar: 
Voltmeyd, 17, Qordon, 43 (pen), 64 (pen), Barnes, 81

"Barselona" (İspaniya) – PSJ (Fransa) - 1:2
Qollar:
Torres, 19 // Mayulu, 38, Ramos, 90

"Monako" (Fransa) – "Mançester Siti" (İngiltərə) - 2:2
Qollar:
Teze, 18, Dier, 90 // Haaland, 15, 44,

"Borussiya" (Dortmund, Almaniya) – "Atletik" (İspaniya) - 4:1
Qollar:
Svensson, 28, Çukşuemeka, 50, Girassi, 82, Brandt, 90+1 // Quruzeta, 61

"Napoli" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 2:1
Qollar:
Hoyland, 36, 79 // Suarez, 62 (pen)

"Vilyarreal" (İspaniya) – "Yuventus" (İtaliya) - 2:2
Qollar:
Mikutadze, 18, Veyqa. 90 // Qatti, 49, Konsesao, 56

"Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) - 1:0
Qol: Martinelli, 12

"Bayer" (Almaniya) – PSV (Niderland) - 1:1
Qollar:
Kofane, 65 // Saibari, 72

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest