"Meydançanın vəziyyətindən asılı olmayaraq, bizim vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da, normaldır".

"Kopenhagen" Yakob Neestrup UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Qarabağ"la matçından öncə mətbuat konfransında iştirak edib.

Matc.az danimarkalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

- Sizcə, stadionun ot örtüyünün vəziyyəti necədir?

- Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, bizim vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da, normaldır. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq.

- Rəqib barədə fikirləriniz necədir?

- Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferensvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest