"Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" kifayət qədər güclü komandadır. Biz qalib gəlməyə çalışacağıq".
"Kopenhagen" sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.
Matc.az xəbər verir ki, Danimarka təmsilçisinin qapıçısı Dominik Kotarski oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib. Xorvatiyalı qolkiper meydançanın ot örtüyünün yaxşı olmadığını bildirib:
“Stadionda məşq etdik, ot örtüyü yaxşı vəziyyətdə deyil. Amma rəqibimiz də bu meydançada oynayacaq, buna görə də şərtlər hamı üçün eynidir. Mən meydançanın vəziyyətində problem görmürəm. Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" kifayət qədər güclü komandadır. Biz qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşması saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.