30 Sentyabr 2025, 15:15
ÇEMPİONLAR LİQASI
PSJ UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində səfərdə "Barselona"nın qonağı olacaq.
Matc.az xəbər verir ki, Paris təmsilçisi qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Xviça Kvaratsxeliya səfər oyununda komandaya kömək edə bilməyəcək. Gürcü vingerin adı Paris təmsilçisinin İspaniyaya gedən heyətinə daxil edilməyib. 24 yaşlı oyunçu zədəlidir.
Qeyd edək ki, "Barselona" - PSJ qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.