İspaniyalı məşqçi Xavi Loran Blanın qovulmasından sonra "Əl-İttihad"ın baş məşqçisi postuna əsas namizədlərdən biridir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Matteo Moretto paylaşıb.

Bildirilir ki, hazırda tərəflər arasında danışıqlar davam edir. Bununla belə, Xavi Səudiyyə klubunun baş məşqçi postuna yeganə namizəd deyil.

Qeyd edək ki, Xavinin son iş yeri "Barselona" olub. İspaniyalı mütəxəssis 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa kimi Kataloniya klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında İspaniya nəhəngi 2022/2023-cü il mövsümündə İspaniya çempionluğunu və İspaniya Superkubokunu qazanıb.

Xavi "Barselona"ya keçməzdən əvvəl Qətərin "Əl-Sədd" klubunu çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest