11 Mart 2026, 16:58
FUTBOL
Viktor Osimhen mövsümün sonunda "Qalatasaray"dan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sports Boom" məlumat yayıb.
"Bavariya" nigeriyalı forvardı transfer etmək istəyir. Münhen təmsilçisi Osimhen üçün Türkiyə klubuna 100 milyon avro ödəməyə hazırdır.
İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klubları da 27 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 28 oyunda 18 qol vurub, 7 qol ötürməsi edib.












