Niderland Erediviziyasında VII turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Zvolle" ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kökçü meydana 73-cü dəqiqədə çıxıb və onun oyuna qoşulmasından sonra görüşdə hesab dəyişməyib.

Qeyd edək ki, "Volendam" 4 heç-heçədən sonra bu qələbə sayəsində xallarını 7-yə çatdıraraq turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Ozan Can 7 oyunun hamısında iştirak edib və 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest