Son həftələrdə "Mançester Yunayted"in ortaq sahibi Cim Ratkliff İngiltərə yığmasının sabiq baş məşqçisi Qaret Sautqeytlə birbaşa əlaqə saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TalkSPORT" paylaşıb.

Bildirilir ki, Ruben Amorimin qovulacağı təqdirdə, Sautqeyt onu əvəzləyəcək mütəxəssislər siyahısına daxil edilib.

"Qırmızı şeytanlar" Amorimi qovmaq istəmir, lakin bu qərarı versələr, daha az təzminat ödəmək üçün noyabrın 1-dək portuqaliyalı məşqçini istefaya göndərəcəklər.

Qeyd edək ki, Amorim 2024-cü ilin noyabrında "Mançester Yunayted"in başına keçib. Premyer Liqada 6 turdan sonra komandanın 7 xalı var və 14-cü yerdədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest