"Real" sağ cinah müdafiəçisi Daniel Karvaxala sağ ayağının alt əzələsinin yırtılması diaqnozu qoyulduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

33 yaşlı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qala bilər.

Xatıladaq ki, ötən ilin oktyabrında ispan müdafiəçi çarpaz bağlarından zədələnmişdi. Karvaxal sağalıb və mayın sonunda yaşıl meydanlara qayıtmışdı.

Bu mövsüm o, bütün yarışlarda 7 matçda meydana çıxıb, lakin fərqlənə bilməyib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest