"Mançester Siti"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verr ki, bu barədə "talkSport" məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı futbolçu 2023-cü ildən Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparır. Həmin vaxt "Əl-Hilal" onunla maraqlanıb və portuqaliyalıya həftəlik 500 min funt-sterlinq (təxminən 570 min avro) maaş təklif edib.
Hazırda Silva üçün ən çox ehtimal olunan variantların "Əl-Əhli" və "Əl-Qədisiyə" klubları olduğu bildirilir. Hər iki klub portuqaliyalı futbolçuya 4 illik müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, Silvanın ingilis klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.
2025/26 mövsümündə Bernardo "Mançester Siti"nin heyətində bütün yarışlarda 7 oyun keçirib, 1 məhsuldar ötürmə edib.












