"Arsenal", "Tottenhem", "Nyukasl", "Milan", "Leypsiq" və Dortmund "Borussiya"sından olan skautlar La Liqa oyunlarında "Real"ın futbolçusu Arda Güləri izləyiblər.
Matc.az xəbər verr ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.
Bildirilir ki, Madrid klubu türk futbolçunu satmaq fikrində deyil. Klub onun inkişafından məmnundur və 20 yaşlı futbolçuya yaxın illərdə komandanın mərkəzi fiquru ola biləcək uzunmüddətli layihə kimi baxır. Dolayısı ilə ispan nəhəngləri Gülər üçün qiymət təyin etməyib.
Qeyd edək ki, Gülər 2023-cü ilin yayından "Real"da çıxış edir. Bu mövsüm türk bütün turnirlərdə 14 matçda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.












