28 Sentyabr 2025, 12:30
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland klub tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu, 25 yaşlı norveçlinin ötən gün "Bernli" üzərində 5:1 hesablı qələbə qazandığı oyunda iki qol vurmasından sonra mümkün olub.
Haaland "Mançester Siti"nin heyətində 133 qol vurub. O, qol reytinqində Billi Gillespi və Fred Tilsonu (hər ikisi 132 qolla) qabaqlayaraq 9-cu pilləyə yüksəlib. Serxio Agüero isə 260 qolla bombardir olaraq qalır.












