"Əl-İttihad" baş məşqçisi Loran Blanı istefaya göndərib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 59 yaşlı fransalı çalışdırıcı Səudiyyə Ərəbistanı Premyer Liqasının 4-cü turunda evdə "Əl-Nəsr"ə 2:0 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Həsən Xəlifə indi müvəqqəti baş məşqçi, gənclər komandasının məşqçisi İvan Karrasko isə onun köməkçisi kimi fəaliyyət göstərəcək.

Blan 2024-cü ilin iyulunda "Əl-İttihad"ın başına keçib. O, ötən mövsüm komanda ilə Səudiyyə Ərəbistanı Premyer Liqasınınçempionu olub və Səudiyyə Kral Kubokunu qazanıb.

Qeyd edək ki, klub hazırda 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest