"Biz həm psixoloji, həm də fiziki cəhətdən hazır olmalıyıq. Bunlar iki böyük oyun olacaq".

"Kopenhagen"in baş məşqçisi Yakob Neestrup komandasının "Syonneryuske" üzərində 2:1 hesablı qələbəsindən sonra futbolçularına istirahət verib.

Matc.az xəbər verir ki, mütəxəssis qarşıda gərgin həftə olduğunu və növbəti oyunlar üçün futbolçuların bərpa olunması üçün vaxt lazım olduğunu bildirib:

"Çərşənbə günü səfərdə Çempionlar Liqası çərçivəsində "Qarabağ" komandasına qarşı oyununu keçirəcəyik. Ardınca isə Danimarka çempionatında "Midtyulland"a qarşılaşacağıq. Futbolçuların bərpa olunması üçün vaxt lazımdır ki, bu matçlara optimal formada çıxa bilək. Biz həm psixoloji, həm də fiziki cəhətdən hazır olmalıyıq. Bunlar iki böyük oyun olacaq".

Mütəxəssis, həmçinin ümid etdiyini vurğulayıb ki, zədəsi olan cinah oyunçusu Elias Aşuri "Qarabağ"la qarşılaşmaya qədər sıraya dönəcək.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşma oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest