28 Sentyabr 2025, 10:10
FUTBOL
"İnter Mayami" Lionel Messi ilə yeni müqavilənin bütün şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat paylaşıb.
İyul ayında jurnalist Havi Kampos bildirib ki, Messi növbəti dünya çempionatında (2026) və Amerika Kubokunda (2028) oynamaq istədiyi üçün klubla müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmaq niyyətindədir.
Qeyd edək ki, Messinin hazırkı müqaviləsi ilin sonuna qədərdir. 38 yaşlı ulduz futbolçu 2023-cü ildən "İnter Mayami"də çıxış edib.
Argentinalı futbolçu səkkiz "Qızıl top" mükafatını qazanıb. Argentina milli komandası ilə 2022-ci ildə dünya çempionu olub.












