İspaniya La Liqasının 7-ci turunun "Atletiko" – "Real" oyununa yekun vurulub.

Matc.az xəbər verir ki, komandalar Madriddəki "Sivitas Metropolitano" stadionunda qarşılaşıblar.

Madrid derbisinində meydan sahibləri 5:2 hesablı qələbəyə sevinib.

14-cü dəqiqədə "Atletiko"nun müdafiəçisi Robin Le Normand başla zərbə ilə hesabı açıb. 25-ci dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe hesabı bərabərləşdirib. 36-cı dəqiqədə yarımmüdafiəçi Arda Gülər ​qonaqları hesabda önə keçirib. 45+3-cü dəqiqədə hücumçu Aleksandr Sörlot hesabı bərabərləşdirib. 54-cü dəqiqədə "Atletiko"nun hücumçusu Xulian Alvares meydan sahiblərinin 3-cü qolunu penaltidən vurub. 64-cü dəqiqədə Alvares cərimə zərbəsindən dubl edib. 90+3-cü dəqiqədə isə hücumçu Antuan Qrizmann hesabı 5:2-yə çatdırıb.

Qeyd edək ki, "Real" 18 xalla İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir. "Atletiko" isə xallarının sayını 12-yə yüksəldib və dördüncü pilləyə yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest