27 Sentyabr 2025, 20:01
FUTBOL
"Barselona"nın qapıçısı Joan Qarsiya dizindən əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı ispaniyalı qolkiper Barselonada sol dizindəki medial menisküsün yırtığından əməliyyat olunub. Onun sağalmasının dörd ilə altı həftə arasında davam edəcəyi gözlənilir.
Qarsiya İspaniya La Liqasında "Barselona"nın "Barselona" "Ovyedo" üzərində 3:1 hesablı qələbə qazandığı matçda zədələnib.
Qeyd edək ki, o, bu mövsüm 7 oyun keçirib və 5 qol buraxıb.












