"Vest Hem"in yeni baş məşqçisi Nuno Espirito Santo olacaq.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 51 yaşlı portuqaliyalı mütəxəssis artıq İngiltərə klubunu çalışdırmağa razılaşıb. Müqavilənin şərtləri də razılaşdırılıb. Santo bu gün yeni komandası ilə ilk məşqini keçirəcək.

O, "Vest Hem"in baş məşqçisi postunda Qrem Potteri əvəz edəcək.

Santo sentyabrın 9-da "Nottingem Forest" ilə yollarını ayırmışdı.

Qeyd edək ki, təcrübəli mütəxəssis "Rio Ave", "Valensiya", "Porto", "Vulverhempton", "Tottenhem" və "Əl-İttihad" kimi klublarında çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest