27 Sentyabr 2025, 14:32
FUTBOL
"Vest Hem" Qrem Potterin baş məşqçi postundan qovulduğunu açıqlayıb.
Matc.az xəbər verir ki,bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, keçən mövsümün ikinci yarısında və 2025/26 mövsümünün başlanğıcında komandanın nəticələri və çıxışları gözləntiləri doğrultmayıb. İdarə heyəti komandanın Premyer Liqadakı mövqeyini mümkün qədər tez yaxşılaşdırmaq üçün dəyişikliklərə ehtiyac olduğunu qeyd edib.
Qeyd edək ki, Potter 2025-ci ilin yanvarında "Vest Hem"in baş məşqçisi təyin edilib. İngiltərə Premyer Liqasının cari mövsümünün beş oyunundan sonra komanda 3 xalla 19-cu sırada qərarlaşıb.












