"Tottenhem"in sahibləri "ENIC Group", London klubunu satmaq təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, amerikalı iş adamı Bruklin Eyrik bir qrup investorla, o cümlədən NFL və NBA-dan olan investorlarla birlikdə "Tottenhem"i almaq üçün 3,7 milyon avro təklif edib və kluba əlavə 1,4 milyard avro sərmayə qoymağı planlaşdırıb.

Lakin bu təklif rədd edilib. Bu, Daniel Levinin cari ilin sentyabrın 4-də klubun prezidenti postundan getməsindən sonra "ENIC Group"un rədd etdiyi üçüncü təklifdir.

Qeyd edək ki, "ENIC Group" Levinin klub prezidenti vəzifəsini icra etdiyi 2001-ci ildən bəri "Tottenhem"in sahibidir. London klubu ötən mövsüm Avropa Liqasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest