"Bavariya"nın hücumçusu Harri Keyn Münhen klubu ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmağa hazır olub-olmadığını sualnı cavablandırıb.
Matc.az xəbər verir ki, o, müqaviləsinin bitməsinə hələ iki il qaldığını vurğulayıb.
"Bu barədə hələ söhbətimiz olmayıb. Amma əminəm ki, müzakirə edəcəyimiz nə isə var. Müqaviləmin bitməsinə demək olar ki, iki il qalıb, ona görə də onun müddəti bitmək üzrə deyil.
Mən yaxşı vəziyyətdəyəm, klub da. Düşünürəm ki, klub məndən, mən də klubdan razıyam. Bəli, belə söhbətlər mümkündür. Onlar hələ baş verməyib. Bu baş verdikdə, mənim mövqeyim və klubun gələcəyi ilə bağlı açıq və dürüst müzakirə aparacağıq. Bircə onu deyə bilərəm ki, biz düzgün istiqamətdə irəliləyirik və mən buna şadam", - deyə Keyn bildirib.
Qeyd edək ki, mətbuatda 32 yaşlı futbolçunun "Barselona" və "Real"ın maraq dairəsində olduğu bildirilirdi.












