"Mançester Yunayted"in yeni stadionla bağlı planlarında ciddi dəyişikliklər baş verib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" jurnalının jurnalisti Lori Uitvel məlumat verib.
Bu ilin mart ayında "Mançester Yunayted" yeni stadionu ilə bağlı fikirlərini təqdim etmişdi. "Qırmızı şeytanlar" "Old Trafford"u söküb 100 min yerlik müasir stadion tikməyi planlaşdırırdı. Stadionun diqqət çəkən və rəqiblərin istehzasına səbəb olan elementlərindən biri, dam örtüyünün sirkdəkinə bənzər formada olması idi.
Açıqlamadan 6 ay sonra "Mançester Yunayted" tikinti üçün lazımi torpaq sahəsinin əldə edilməsində problemlərə görə qeyd edilən dam örtüyü variantından imtina etmək qərarına gəlib. Ərazinin sahibi olan "Freightliner" şirkəti Mançester klubundan 400 milyon funt-sterlinq tələb edir, klub isə torpağı 50 milyon funt-sterlinq dəyərində qiymətləndirib.
"Mançester Yunayted" hazırda yeni stadion üçün müxtəlif variantları nəzərdən keçirir. İngiltərə klubu artıq yer darlığı səbəbindən "nəhəng çətir" dam örtüyü variantından imtina edib.












