İspaniya millisinin və "Barselona"nın hücumçusu Lamin Yamal "Raymond Kopa" mükafatı (U-21 ilin ən yaxşı oyunçusu) üçün səsvermədə 124 xal toplayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Qızıl top"un mətbuat xidməti paylaşıb.
İkinci yeri tutan Fransa yığması və PSJ-nin cinah oyunçusu Dezir Due isə 72 xal toplayıb.
2025 "Raymond Kopa" mükafatının səsverməsində qazanılan xallar – TO-10:
1. Lamin Yamal ("Barselona") - 124;
2. Dezir Due (PSJ) - 72;
3. Joao Neves (PSJ) - 23;
4. Estevao ("Çelsi") - 23;
5. Kenan Yıldız ("Yuventus") - 6;
6. Din Hoysen ("Real", Madrid) - 5;
7. Pau Kubarsi ("Barselona") - 3;
8. Rodriqo Mora (Porto) - 1;
9. Ayub Buhəddi (Lill) - 0;
10.Mayls Lyuis-Skelli ("Arsenal") – 0.
Qeyd edək ki, 2024/2025 mövsümündə Yamal bütün yarışlarda 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə verib. O, "Barselona" ilə İspaniya çempionluğunu, İspaniya Kubokunu və İspaniya Superkubokunu qazanıb.












