"Yuventus" 2026-cı ilin yayında müqaviləsi başa çatacaq hücumçu Duşan Vlahoviçi azad agent kimi itirməmək üçün qış "transfer pəncərəsi"ndə satışa çıxaracaq.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, serbiyalı futbolçu ilə "Mançester Yunayted" və "Çelsi" hələ də maraqlanır. Vlahoviçin müqaviləsinin yaxınlarda başa çatacağını nəzərə alaraq, İtalya nəhənginin onu ucuz qiymətə satmaq məcburiyyətində qalacağı vurğulanır.
Qeyd edək ki, bu mövsüm "Yuventus"un forvardı bütün turnirlərdə 8 matçda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.












