27 Sentyabr 2025, 10:42
FUTBOL
"Liverpul"un keçmiş vingeri Dioqo Jotanın ailəsi İngiltərə klubu ilə müqaviləsinin son iki ilinin pulunu alacaq.
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot açıqlamasında deyib.
Dioqo Jotanın ölümündən sonra "Liverpul" portuqaliyalı cinah oyunçusunun geyindiyi 20 nömrəli formanı təqaüdə çıxarıb.
Xatırladaq ki, bu ilin iyul ayının əvvəlində Jota qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub. Bunun ardınca Portuqaliya mətbuatı "Liverpul"un mərhum futbolçunun ailəsinə onun hazırkı müqaviləsinin qalan iki ili üçün borclu olduğu pulu ödəyəcəyini təxmin etdi.












