Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatan Frenki de Yonq gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi komandada qalacaq. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

De Yonq klubun yeni müqavilə təklifini qəbul edib. 28 yaşlı oyunçu yaxın günlərdə Kataloniya təmsilçisi ilə 4 illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm La Liqa nəhənginin heyətində 4 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest