25 Sentyabr 2025, 10:12
FUTBOL
"Mançester Yunayted" "Bornmut"un futbolçusu Antuan Semenyonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.
Qanalı vinger "qırmızı şeytanlar"ın hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biridir. "Mançester Yunayted" gələn ilin yayında 25 yaşlı oyunçunu heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Antuan Semenyo bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 6 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.












