24 Sentyabr 2025, 22:16
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Federiko Kyeza Çempionlar Liqasında oynaya biləcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, italiyalı futbolçu əvvəlcə "Liverpul"un turnir üçün heyətinə daxil üedilməyib. Lakin 18 yaşlı müdafiəçi Covanni Leoni zədələndiyi üçün Kyeza heyətə daxil ediləcək.
UEFA-nın yeni qaydalarına əsasən, klublar ən azı 60 gün davam edən ağır zədə və ya xəstəlik halında Çempionlar Liqasının heyətində oyunçunu əvəz edə bilər.
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindəndir. Komandalar arasındakı oyun yanvarın 29-da, İngiltərədə baş tutacaq.