"River Pleyt"in 18 yaşlı argentinalı vingeri Yan Zubiabre "Çelsi" klubuna keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Soy del Millon" paylaşıb.

Bildirilir ki, London klubu gənc oyunçu ilə müqavilə bağlamaq yarışında İspaniyanın "Barselona" klubunu qabaqlamağı planlaşdırır.

"River Pleyt" isə üç hücum mövqeyində oynaya bilən Zubiabre ilə ayrılmağa tələsmir. Argentinalının klubu ilə müqaviləsinin 2026-cı ilin dekabrına qədər müqaviləsi var. Lakin "River Pleyt" ona 100 milyon avroluq sərbəstlik qalma şərti ilə yeni müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Yan Zubiabre 2024-cü ilin fevralından "River Pleyt"in əsas komandasında çıxış edir. O, bütün yarışlarda 19 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" onu 1,2 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest