24 Sentyabr 2025, 18:26
FUTBOL
"Liverpul"un mərkəz müdafiəçisi Covanni Leoninin bu mövsüm meydana çıxa bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat verib.
18 yaşlı italiyalı İngiltərə Kubokunun 1/16 finalında "Sauthempton"la matçda (2:1 qalibiyyət) "Liverpul"da debüt edib. Lakin Leoni 81-ci dəqiqədə zədə alıb və meydanı xərəkdə tərk edib.
Müayinlərdən sonra müdafiəçinin dizində çarpaz bağlarının yırtığı ortaya çıxıb. Belə bir zədə üçün bərpa müddəti adətən 7-9 aydır. Ona görə də Leoninin bu mövsüm bir daha oynamayacağı ehtimalı yüksəkdir.
Qeyd edək ki, Leoni "Liverpul"a bu yay 35 milyon avroya "Parma"dan keçib.