24 Sentyabr 2025, 17:32
FUTBOL
Yeni mövsümdə “Real” (Madrid) və “Barselona” arasındakı ilk oyunun vaxtı məlum olub.
2025/26 mövsümündə “Real” (Madrid) və “Barselona” arasındakı ilk oyunun vaxtı məlum olub.
Matc.az xəbər verir ki, məlumatı La Liqanın mətbuat xidməti yayıb.
"El Klasiko" oktyabrın 26-da keçiriləcək. “Santyaqo Bernabeu” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
Qeyd edək ki, “Real” 6 oyundan topladığı 18 xalla turnir cədvəlinə liderlik edir. “Barselona” isə 13 xalla ikinci yerdə qərarlaşıb.