PSJ Fabian Ruisin müqaviləsini uzatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Paris təmsilçisi ispaniyalı yarımmüdafiəçinin sözləşməsinin müddətini daha 2 il uzatmağı planlaşdırır. 29 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir.

Qeyd edək ki, Fabian Ruis bu mövsüm PSJ-nin heyətində keçirdiyi 14 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest