17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, 9-cu qrupda yer alan U-17 Fransada təşkil olunacaq matçlarda meydan sahibləri ilə yanaşı, İsrail və Rumıniya yığmaları ilə qarşılaşacaq.

8 oktyabr

Fransa (U-17) - Azərbaycan (U-17)

“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)

11 oktyabr

İsrail (U-17) - Azərbaycan (U-17)

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

14 oktyabr

Azərbaycan (U-17) – Rumıniya (U-17)

“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest