24 Sentyabr 2025, 12:57
FUTBOL
FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Matc.az xəbər verir ki, K. Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.