24 Sentyabr 2025, 12:33
FUTBOL
"Sportinq"in müdafiəçisi Qonsalu İnasiu karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Barselona" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Kataaloniya təmsilçisinin idman direktoru Deku 24 yaşlı mərkəz müdafiəçisinin nümayəndəsi ilə görüşüb.
Qeyd edək ki, Qonsalu İnasiu bu mövsüm "Sportinq"in heyətində keçirdiyi 8 oyunda 2 qol ötürməsi edib. Portuqaliya millisinin üzvü olan müdafiəçinin Lissabon klubu ilə müqaviləsi 2027-ci iilin yayına kimidir.