24 Sentyabr 2025, 11:16
FUTBOL
"Marsel" Fransa çempionatının 5-ci turunda doğma meydanda PSJ-ni 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, "olimpiyaçılar" 5 il sonra Paris təmsilçisinə qalib gəlməyi bacarıb.
Komandanın baş məşqçisi Roberto De Zerbi matçdan sonra açıqlama verib. İtalyan mütəxəssis "Marsel"ə gəlmək səbəbinin PSJ-ni məğlub etmək olduğunu deyib:
"Marsel"ə gəlməyimin səbəblərindən biri PSJ-ni məğlub etmək idi. Çünki onlar gücü təmsil edirlər və mən gücü sevmirəm. İllərdir demək olar ki, əsl rəqib olmadan qazanan bir komandadır. Bunu qəbul etmirəm".