24 Sentyabr 2025, 00:50
FUTBOL
"İnter" və "Milan" yeni stadionun tikintisi üçün dünyanın ən məşhur memarlıq firmalarından biri olan "Foster + Partners" və MANICA ilə tərəfdaşlıq elan etdilər.
Matc.az xəbər verir ki, yeni tikiləcək arena 71000-dən çox tamaşaçı tutumuna malik olacaq.
Tikintinin başlaması klubların "San-Siro" stadionunu almasını başa vurmasından asılıdır
"San-Siro" 1926-cı ildə tikilib və sonuncu dəfə 1989-cu ildə təmir edilib.
Qeyd edək ki, iyul ayında məhkəmə "Yes Meazza" təşkilatçı qrupunun stadionun satışının dayandırılması tələbini rədd edib. Daha sonra klublar stadionu yerli hakimiyyət orqanlarından almağa razılaşdılar.