23 Sentyabr 2025, 20:27
FUTBOL
Tovuz klubunun müdafiəçisi Enrike Silva komandasına kömək edə bilməyəcək.
"Turan-Tovuz"un müdafiəçisi Enrike Silva komandasına kömək edə bilməyəcək.
Matc.az xəbər verir ki, braziliyalı futbolçu zədə səbəbindən sıradan çıxıb.
Misli Premyer Liqasının V turunun "Sabah"la oyununda (0:2) zədələnmiş Silva 15-ci dəqiqədə məcburiyyətdən əvəzlənmişdi. O, iki həftə oynamayacaq.
Qeyd edək ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Braziliyalı karyerası ərzində "Vasko da Qama", "Lion" və "Valyadolid" kimi klublarda çıxış edib.