Dortmund "Borussiya"sı əsas oyunçularından birini, yarımmüdafiəçi Julian Brandı qış "transfer pəncərəsi"ndə itirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
Brandın Dortmund klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Borussiya" indiyədək yeni müqavilə ilə bağlı futolçu ilə razılığa gələ bilməyib və bu səbəblə onlar 29 yaşlı yarımmüdafiəçini azad agent kimi itirmək təhlükəsi ilə üzləşiblər.
İki İngiltərə klubu - "Nyukasl" və "Aston Villa" Brandla müqavilə bağlamaqda maraqlıdır. Yarımmüdafiəçi yanvarda növbəti klubu ilə ilkin müqavilə imzalaya biləcək. "Nyukasl" və "Aston Villa" onu ya azad agent kimi, ya da yanvarda endirimli ödənişlə almaq istəyir.
Qeyd edək ki, Brand 2019-cu ilin yayından "Borussiya"da çıxış edir. Onun hazırkı transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.