AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda I Liqanın III turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Şahdağ Qusar”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Baku Sportinq” 210 manat cərimə edilib.

"Səbail" də eyni məbləğdə cərimələnib. Bayıl təmsilçisinin 4 oyunçusu "Difai" ilə qarşılaşmada sarı vərəqə görüb.

MOİK-in futbolçusu Samir Məhərrəmli 3 oyunluq cəzalandırılıb. O, "Şimal"da matçda təcavüzkar davranışa yol verib. Oyunçunun hərəkətinə görə klub 900 manat cərimə ödəməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest