22 Sentyabr 2025, 12:57
FUTBOL
"Bavariya"nın müdafiəçisi Dayo Upamekano karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
"Real"fransalı futbolçunu heyətinə qatmaq istəyir. Upamekano özü də bunun əleyhinə deyil.
26 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. Fransa millisinin üzvü Münhen təmsilçisindən ayrıldıqdan sonra azad agent statusu ilə "Real"a keçməyi düşünür.
Qeyd edək ki, Dayo Upamekano bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.