22 Sentyabr 2025, 11:33
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" Niderland çempionatında növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi səfərdə PSV-nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
6 turdan sonra 12 xal toplayan "Ayaks" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu 10 dekabr tarixində Bakıda baş tutacaq.