22 Sentyabr 2025, 10:55
FUTBOL
"Barselona"nın futbolçusu Markus Reşford baş məşqçi Hans Flikin qəzəbinə tuş gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
İngiltərəli vinger La Liqanın 5-ci turunun "Xetafe" ilə oyunu olan gün komandanın səhər məşqinə gecikib. Alman mütəxəssis buna görə Reşfordu start heyətində meydana buraxmayıb.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.