21 Sentyabr 2025, 13:57
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayntraxt" Mişi Batşuayi ilə yollarını ayırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Frankfurt təmsilçisi yüksək maaş alan 31 yaşlı hücumçunun əvəzinə daha gənc oyunçulara şans vermək istəyir. Bundesliqa klubu belçikalı forvard üçün qışda gələcək təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu gələn ilin 21 yanvar tarixində Bakıda baş tutacaq.