21 Sentyabr 2025, 13:10
FUTBOL
"Mançester Yunayted" "Real"ın yarımmüdafiəçisi Federiko Valverdeni transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" uruqvaylı futbolçunu gələn ilin yayında heyətinə qatmağa çalışacaq. "Mançester Yunayted" 27 yaşlı oyunçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Federiko Valverde bu mövsüm "Real"ın heyətində keçirdiyi 11 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.