21 Sentyabr 2025, 10:30
FUTBOL
Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" doğma meydanda "Daequ"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Anton bu matçda 90 dəqiqə meydanda qalıb.
Xallarını 48-ə yüksəldən "Daejon" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.