20 Sentyabr 2025, 23:17
FUTBOL
İngiltərə Premyer Liqasının 5-ci turunun "Mançester Yunayted" – "Çelsi" oyununa yekun vurulub.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" 2:1 hesabı ilə qalib gəlib.
Qarşılaşma Mançesterdəki "Old Trafford"da stadionunda baş tutub.
Beşinci dəqiqədə "Mançester Yunayted"in qapıçısı Robert Sançes qırmızı vərəqə alıb. 14-cü dəqiqədə Bruno Fernandes hesabı açıb və "Mançester Yunayted" önə keçib. Kazemiro 37-ci dəqiqədə "qırmızı şeytanlar"ın ikinci qolunu vursa da, 45-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub. "Çelsi"nin heyətində isə 80-ci dəqiqədə Trevo Çaloba fərqlənib.
Bu oyundan sonra "Mançester Yunayted" 7 xalla Premyer Liqa cədvəlinin 9-cu, "Çelsi" isə 8 xalla 6-cı pillədə qərarlaşıb.